Azərbaycanda vaksinasiya olunan əhalinin sayı açıqlanıb.
Medicina.az xəbər verir ki, ölkə əhalisinin 19 faizi koronavirus əleyhinə peyvənd olunub.
Ölkə əhalisinin 81 %-i isə hələ vaksinasiya prosesindən keçməyib.
Qeyd edək ki, hazırda ölkədə “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndlərindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.