Azərbaycanda əhalinin 43 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.
Medicina.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 57 faizini təşkil edir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 6-na olan statistikasına görə, ölkədə vurulan peyvəndlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə vaksin olunanların sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə isə 2 milyon 876 min 644 nəfər təşkil edir.
Bu düzgün deyil vaksinasiya oluna bilinən əhalinin sayı bölünməlidir vaksin olunanların sayına. Cox vətandaşlar xaricdə peyvənd olunur uşaqlar və körpələr xəstələr niyə çıxılmır saydan?