Rusiya və Moskva patriarxı Kirill federal səviyyədə abortların qadağan olunmasını təklif edib.
“Medicina” xəbər verir ki, onun fikrincə, həkimlər qadınlarda hamiləliyi pozmaq fikri oyadır, bunu dəstəkləyir və bunda maddi maraqları var.
“Rusiya ərazisinə görə dünyanın nəhəng ölkəsidir, amma əhali sayı çox azdır.
Şükür ki, qanuni səviyyədə abortların azaldılmasına doğru bəzi təkliflər irəli sürülür, addımlar atılır. Amma yenə də Rusiyada abortlar əvvəlki illərdən qat-qat çoxdur.
Mordoviyada olan abort qadağasının digər regionlarda da olacağına ümid edirəm.
Hazırda Rusiyada populyasiya və demoqrafik böhran var. Həqiqətən, biz daha çox insana ehtiyac duyan ölkəyik. Həkimlərin qadınları aborta təşviq etməsi isə cinayətdir”.
Aygün Musayeva