Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əgər yoldaşınız xəstə olanda buraxıb gedəcəksinizsə.... - Xərçənglə mübarizə aparan Zülfiyyə həyat yoldaşı barədə

  • 2018.11.21 15:30
  • 14848 Baxış
Əgər yoldaşınız xəstə olanda buraxıb gedəcəksinizsə.... -  Xərçənglə mübarizə aparan Zülfiyyə həyat yoldaşı barədə

"Bu Allahın bir imtahanı idi, mənim qarşıma çıxdı. Bəlkə də onun vasitəsilə Allah mənə bir şans verdi ki, insanlardan qorxunu, ölüm xofunu götürüm".



Medicina.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Zülfiyyə Bayramova deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı keçirdiyi ağır günlərdən danışıb:


"Doğulduğumuz gündən hər birimiz ölümün növbəsinə dayanmışıq. Kimin növbəsi harda çatsa, orda öləcək. İstəyirsən xərçəng ol, istəyirsən olma. Mən bunu insanlara çatdırmaq istədim ki, hər halımızda şükür etməyi bacarmalıyıq. Allahın vediyi hər bir sınaqdan üzüağ çıxamağı bacarmağa layiq olmalıyıq. Şükür ki, istəyimə az da olsa çatıram. Çünki bir çox xəstələr məndən pozitiv enerji alır, məni görüşə dəvət edir. Onlarla görüşə gedirəm. Artıq onkoloji xəstəxanada başıaçıq gəzirlər. 


Bilirlər ki, xəstəlik dövründə kimyaterapiyadan sonra saç tökülür. Onu biz bağlayanda əzab çəkirik. Çünki ağrılar olur, istəyirsən rahat olasan. Bir tərəfdən də başı bağlayıb insanlardan gizlənməklə artıq depressiyaya düşürsən. Elə bil ki, xəstəliyin üzərinə birini də sən əlavə etmiş olursan. Mən onları bu depressiyadan qurtardım. 


Xərçəng ölüm deyil. Amma adını eşidəndə ağlayırıq ki, öləcəyik. Vaxtı çatanda hamı öləcək. O vaxt çatana qədər şükür etməyi, pozitiv olmağı bacarmalıyıq".


Zülfiyyə həyat yoldaşı İlqar Mikayıloğludan da söz açıb:

 

"İlqarı sevirdim, amma onu bu yolda daha çox sevdim. İkinci dəfə aşiq oldum. İnsan öz körpə balasına necə baxırsa, o da elədir. O, mənə yoldaşı kimi yox, övladı kimi baxır. Hərdən otururuq evdə bir gözü məndədir ki, birdən nəsə olar. Maşında oturanda  deyirəm ki, qabağa bax. Deyir baxıram da, arabir sənə də baxım. Bütün qadınlara belə həyat yoldaşı arzulayıram və kişilərə səslənirəm. Əgər yoldaşınız xəstə olanda buraxıb gedəcəksinizsə, onun ömrü Allahın əlindədir. Elə olar ki, bir gün siz elə hal yaşayarsınız və ona möhtac olarsınız. Bir-birinizdən möhkəm tutun".

 

 

Əgər yoldaşınız xəstə olanda buraxıb gedəcəksinizsə.... -  Xərçənglə mübarizə aparan Zülfiyyə həyat yoldaşı barədə