Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əgər övladınız sizinlə bu oyunu oynamasa... - Təhlükə

  • 2019.08.22 09:48
  • 4379 Baxış
Əgər övladınız sizinlə bu oyunu oynamasa...  - Təhlükə
Ana ilə körpəsinin ilk oynadığı oyunlardan biri olan "göz yumdu” oyununda autizm baxımından diqqət ediləcək nöqtələr var. "Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir. Medicina.az xəbər verir ki, bu sözləri Axar.az-a pediatr Altay Abdullaoğlu uşaqlarda autizm və onun müəyyən edilməsindən danışarkən deyib. Həkim bildirib ki, uşaqla ana "göz yumdu” oyunu zamanı uşağın ananı izləməməsi və ona reaksiya verməməsi normal deyil: "Ana və körpənin ilk oyunlarından biri "göz yumdu” oyunudur. Ana əliylə, ya da bir örtüklə üzünü örtür, sonra körpənin adını deyir və tez üzünü açır. Körpə anasını diqqətli və həyəcanlı şəkildə izləyir, hərəkətin davamını gözləyir və adı deyilən kimi də qəhqəhələrlə gülməyə başlayır. Bu oyun körpənin inkişafı üçün önəmli ipucu verir. Əgər körpə bu oyunu oynayarkən ananı izləmirsə, reaksiya vermirsə, o zaman həkimlə danışmaq mütləqdir. Bu oyunda autizm baxımından diqqət ediləcək nöqtələr var. "Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir. İlk olaraq, oyuna böyük bir sevinclə qatılmaq lazımdır. Ana əllərini körpəsi ilə öz arasında tutur və körpənin adını deyib, tez əllərini aşağı endirərək, onun sevdiyi bir hərəkəti edir. Sonrakı mərhələdə, örtük uşaq ilə ananın arasındaykən ana gözləyir. Oyunun pik nöqtəsi isə burdadır. Sağlam bir uşaqdan gözlənilən - uşağın oyunu davam etdirmək üçün çalışmasıdır. Körpə bunu etmirsə, artıq məsələnin nə yerdə olduğunu düşünmək lazımdır”.