Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əgər mutant virus laboratoriyadan buraxılıbsa, burda kimlərinsə məqsədi var – Əlizamin Sadiqov

  • 2020.12.28 16:30
  • 2791 Baxış
Əgər mutant virus laboratoriyadan buraxılıbsa, burda kimlərinsə məqsədi var  – Əlizamin Sadiqov


İngiltərədə Covid-19-un yeni, daha aqressiv mutant ştammının artıq Gürcüstana çatdığı bildirilir. Azərbaycan sərhədləri açıqdır və biz əvvəlki koronavirus kimi, mutant versiyanı da ölkənin içərilərinə keçməsinin qarşısını almayacağıq.


Mutant versiyanın güclü olması ilə professorlar barışmır, bu versiya barədə fikirlər ikiləşir.

Medicina.az-a açıqlamasında professor Əlizamin Sadiqov mutant virusun daha güclü olması fikri ilə barışmır, əgər belədirsə, burda başqa məqsədlər güdüldüyünü bildirib.

“Mən hesab edirəm ki, bu artıq idarə oluna bilməyən vəziyyətdə, pandemiyanın artıq dünyada nəzarətdən çıxdığı bir vaxtda bir çox siyasi lider və güclərə haqq qazandırmaq məqsədi güdür. Koronavirus eynidir: yoluxduruculuq qabiliyyəti, təsiri, öldürücülük təsiri. Dəyişən bir şey olmamaldır. Hansı mutasiyadan danışırlar bilmirəm.


Pandemiyanın bu mərhələsində virusun yalnız zəifləməsi mümkündür. Bir ildir koronavirus insanların immun sistemi və müalicələrlə əzilir, hansı daha öldücürü mutasiyadan söhbət gedə bilər?

Əgər yeni mutasiyanı da yenidən laboratoriyadan çıxarıb, insanlara yoluxdurulması baş veribsə, o zaman mutant məsələsi aktuallaşa bilər.

Dünya Səhiyyə Təşkilatı açıqlamasında bunu təsdiq etməyib”.


Professor bildirir ki, koronavirus peyvəndi məsələsi aktuallaşmalı və məcburi tətbiq edilməlidir:


“ Başqa yolu yoxdur, bu virusun dünyada aradan qaldırılmasında birinci yoldur. Azərbaycan əhalisinin 30%i risk qrupuna daxildir. Vaksin olunarsa, pandemiyanın dövlətimizə verdiyi zərərlər və səhiyyənin yüklənməsi, apteklərdən dərman alınması azalar.


Bu gün apteklərdəki biabirçı vəziyyət, virusa aiddiyatı olmayan preparatların satılması həkimlərin xəstələrə aqressiv dərman yazması ilə əlaqəlidir. Bütün dünyada 10 ay əvvəl tətbiq edilən, lakin yeni dərman çıxandan sonra sıradan çıxarılan protokol və dərmanlar bizim ölkədə bütün tibb şəbəkələrindən tətbiq edilir. Bu, acınacaqlıdır”.


Əgər mutant virus laboratoriyadan buraxılıbsa, burda kimlərinsə məqsədi var  – Əlizamin Sadiqov