Alimlər və rəssam Patrisiya Piççini Avstraliya yol qəzaları komissiyasının dəstəyi ilə insan bədəninin qəzalara davamlı maketini hazırlayıb.
Medicina.az xəbər verir ki, müasir insanın indiki bədəni bu cür evalyusiya olarsa, yol-nəqliyyat qəzalarında ideal şəkildə davam gətirib, zədəsiz çıxa bilər.
Mutant manekenə Graham adı verilib. Rəssam onu cərrah, travmatoloq və DYX üzrə mütəxəssislərlə birgə yaradıb.
Onun boynu yoxdur, enli, əyri sifəti və alnı qabarıqdır, deformasiya olunmuş barmaq və ayaqları, hava qabarcıqları ilə dolu və döş qəfəsinin yuxarına sıxılmış çox sayda xırda qabırğaları var, kəllə sümükləri isə enlidir.
Yalnız bu bədən quruluşu yol qəzasında zərbənin ağırlığına davam gətirə bilər.
Hazırda maket dünyanın bir çox şəhərlərində nümayiş olunur.
Onun haqda olan saytda interaktiv olaraq mutant insanı hərtərəfli öyrənə və müxtəlif mutasiyalarla tanış ola bilərsiz.