Bəyaz səhranın ağ günəşi” filmindəki ifadəni xatırlayırsınız: “За державу обидно”...
Bax, indi mənə öz ölkəmə görə ayıb deyil, çünki ana və Vətəni seçmirsən, normal adam, qadın, ya kişi fərqi yoxdur, Vətənini sadəcə sevir və onun problemlərinə görə ürəyi yanır. Mən, artıq bundan sonra böyük təəssüflə keçmiş adlandıracağım bəzi dostlarım və vətəndaşlarımıza görə utanıram.
Medicina.az xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağızadə koronavirusa yoluxması barədə yayılan xəbərlərdən sonra açıqlamasında bildirib. O, bir çox dostarını, yaxınlarını bu xəbərə inandığı, təsdiqləməyə tələsdiyi üçün sildiyini də gizlətməyib.
"Əsl dost nə edir? O gəlib kömək edir, əgər gələ də bilmirsə, heç olmasa zəng edib dəstəyini ifadə edir. Bəs əsl dost səni diri-diri basdırıb, camaatı dəqiq unvan və vaxt göstərməklə cümə axşamı yas məclisinə dəvət edirsə?
Adamın temperaturunun qalxmağı hökmən onun koronavirus olduğu deyil ki. Ya əgər mənim beşinci nöqtəmdə civzə çıxıbsa, bu o demək deyil ki, məndə zöhrəvi xəstəlik var. Bu assosiativ sıranı uzada bilərəm, amma ehtiyac yoxdur.
Məni “o dünyaya göndərənləri” bağışlayıram. Amma mənə korona ilə bağlı mifoloji müqavilələrə qoşulduğumu deyənləri yox. Mən reklamda çəkilə bilərəm, çünki aktyoram və bu da peşəmin bir parçasıdır. Mən birbaşa efirlər apara bilərəm, çünki bu da peşəmin bir parçasıdır. Lakin mən, fərqi yoxdur, taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram.
Bunu mənə yaxmağa çalışanların ata, ana,bacıları ola bilsin ki, bu yolla pul qazanırlar. Bu onların seçimidir və əgər doqrudan da , belə edirlərsə, mənim onlara yazığım gəlir. Mən minlərlə həyatı aparan ölüm və xəstəlik yayan heç bir şeylə alver edə bilmərəm. Bu mənim şüurlu seçimimdir.
Mənə dəstək verən hər bir kəsə saq ol deyirəm. Xüsusilə də, öz əsl simasını göstərənlərə.
Allaha minnətdaram ki, o bir daha yeni sabahların açılması üçün önümü açdı. Hamıya möhkəm can sağlığı və səbr arzu edirəm!
Sizin Bəhram Bağırzadə"