Revaksinasiyadan əvvəl həyəcanverici siqnalla bağlı diqqətli olmaq lazımdır.
Qanda əvvəlki vaksin və ya yoluxmadan sonra antitel səviyyəsi çox aşağıdırsa və ya itibsə, bu o deməkdir ki, 3-cü dozaya mümkün qədər tələsmək lazımdır.
Medicina.az xəbər verir ki, bunu Qloval virusologiya mərkəzinin rəhbəri, ÜST mütəxəssisi Konstantin Çumakov bildirib.
“Əgər antitelləriniz yüksəkdirsə, o zaman tələsməyə ehtiyac yoxdur. Amma buster dozanı vurdursaz, bu antitelləri uzun müddət çox tutacaq. keyfiyyətini daha da artıracaq, qorunma dərəcəsi çoxalacaq” – deyə alim bildirib.
Antitellər nəyinki vaksinin hazırlandığı ştamm üzrə, eləcə də digər variantlar üzrə daha geniş qorunma verə bilər. Məhz bu buster dozanın üstünlüyüdür.
Kimki, səhhətinə görə qorxur, immuniteti ilə problemi var, eləcə də yaşlılar, mütləq revaksinasiyadan keçsin.