Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Ege Hospital”dakı azərbaycanlı həkimlər məcburi işdən çıxarıldı - II SİYAHI

  • 2018.09.26 16:35
  • 17416 Baxış
“Ege Hospital”dakı azərbaycanlı həkimlər məcburi işdən çıxarıldı -   II SİYAHI

 

Xəbər verdiyimiz kimi, Bakıda "Grand Hospital” adıyla fəaliyyət göstərən xəstəxananın adı bu günlərdə "Ege Hospital” olaraq dəyişdirilmiş və xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulmuşdu. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət etmişdi. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını demiş, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham etmişdi. 


Medicina.az xəbər verir ki, Bakupost.az-a daxil olan məlumata görə, xəstəxananın yeni rəhbərliyi "Grand Hospital”da adı altındakı dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyir. 


Əldə etdiyimiz məlumata görə, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir. 


Namiq İsmayılov


Rasim Məhərrəmov


Şahin Manafov


Pərviz Aslanov


Tələt Şəfiyev


Röyal Hacıməmmədov


Könül Mahmudova


Afaq Qəhrəmanova


Zərifə Hacıbəyli


Ramil Abdulov


Teymur Məmmədov


Zərdan Bəylərov


Arzu Hüseynob


Seymur Musayev


Günay Əhədova


Lalə Alıcan


Arzu Eyyubova


Əlkəbər Həmidov


Əlizamin Sadıqov


Günay Ağazadə

 

İlahə Həsənli

 

Samirə Hüseynova

 

Munisə Quliyeva

 

Lamiyə Əzimzadə

 

Emin Qurbanov

 

Turan Musayeva


Onu da qeyd edək ki, "Grand Hospital”dan işdən çıxarılan həkimlər və tibb işçiləri müvafiq dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.