Tanınmış azərbaycanlı müğənni Şamo İsayevin səhhətində ciddi problem yaranıb.
Medicina.az ölkə.az-a istinadən xəbər verir ki, müğənninin ayaqları tutulub və o, hazırda Almaniyada müalicə olunur.
Bildirilir ki, İsayev təxminən üç aydır ki, Almaniyada müalicəsini davam etdirir.
Əfsanəvi müğənni 80-ci illərdə Azərbaycanın ən sevilən sənətkarlarından biridir. Qeyd edək ki, Şamo İsayev, ixtisasca həkimdir.