Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Efirdə halı pisləşən Zaur təcili xəstəxanaya yerləşdirildi-VİDEO

  • 2025.01.10 16:38
  • 410 Baxış
Efirdə halı pisləşən Zaur  təcili xəstəxanaya yerləşdirildi-VİDEO
Aparıcı Zaur Nəbioğlunun səhhətində problem yaranıb.

Medicina.az olay-a istinadla bildirir ki, bu gün “Rəngarəng səhər” verilişində aparıcının halı dəyişib. Verilişdən yarımçıq çıxmalı Zaur üçün təcili yardım çağırılıb.

Proqramın davamında onu başqa biri əvəzləyib və Zaurla bağlı məlumat verib. O bildirib ki, efirdə danışılan ata mövzusundan sonra Zaur özünü narahat hiss edib. Həmçinin əlavə olunub ki, illər əvvəl böyrəyini atasına verən aparıcı bu məsələlərdə çox həssasdır.

Onu da bildirək ki, Zaur Nəbioğlu hazırda xəstəxanadadır.