Kornell Universitetindən olan amerikalı mikrobioloqlar bir neçə növ antibiotikə davamlı olan Escherichia coli (E. coli) növünü aşkar ediblər.
Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri “Applied and Environmental Microbiology” elmi jurnalında dərc olunub.
Komanda xəstə ev heyvanlarında (itlərdə) tapılan davamlı E. coli patogeninin 1000-dən çox genomunu təhlil edib. Testlər sayəsində genomda köhnələn və funksiyasını itirən bir sıra genlər müəyyən edilib.
Lakin bəzi hallarda, bu funksiya itkisi sayəsində həmin genlər dəsti antibiotikləri E. coli hüceyrə membranında tutan və onların bakteriyaya daxil olmasının qarşısını alan şərait yaratmaq üçün yenidən istifadə edilə bilir.
“Görünür, mutasiyası ilə qarşılaşmışıq”, - deyə məqalənin aparıcı müəllifi, dosent Laura Qudman bildirib.
Tədqiqat nəinki həm itlərin, həm də insanların sağlamlığının yaxşılaşdırılmasına kömək edə bilər. Çünki adətən həm ev heyvanları, həm də onların sahibləri oxşar antibiotiklərlə müalicə olunurlar.
Alimlər E.coli membranındakı boşluqların bağlanmasının qarşısını alacaq və antibiotiklərin patogen hüceyrəyə sərbəst şəkildə nüfuz etməsinə imkan verəcək yeni dərmanlar tapmaq niyyətindədirlər.
Aysel