ECMO cihazına və süni ventelyasiya aparatına qoşulan əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir.
Bunu "BakuPost"a çaıqlamasında aktyorun yerləşdirildiyi Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Lakin həkim hələ də B.Bağırzadənin vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.
Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.