Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır.
Bu barədə məlumat onun müalicvə olunduğu Mərkəzi Gömrük Hospitalından verilib. Məlumata görə, həkim hal-hazırda ECMO və süni tənəffüs aparatlarına qoşuludur, hemodinamik stabildir. Saturasiyası 90-98%.
"Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur".
Xatırladaq ki, C.Paşayevin vəziyyətində mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib.