Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin ötən gün 73 yaşında vəfat edən anası Müjgan Bilgin son mənzilə yola salınıb.
Gündeşin anası üçün Zincirlikuyu qəbiristanlığında yas mərasimi keçirilib.
Yas mərasimində Mustafa Ceceli, Sinan Akçıl, Murat Boz kimi bir çox məşhur simalar iştirak edərək Ebruya bu çətin anında dəstək olublar.
Qeyd edək ki, müğənninin anası koronavirus xəstəliyindən vəfat edib.