Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ebola qurbanlarının sayı 1100 NƏFƏRİ KEÇDİ

  • 2019.05.11 13:59
  • 8587 Baxış
Ebola qurbanlarının sayı 1100 NƏFƏRİ KEÇDİ

 Keçən ilin iyulundan indiyə qədər Konqo Demokratik Respublikasında "Ebola" hemorragik qızdırma virusuna yoluxan 1100-dən çox adam ölüb.

 

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ümumilikdə, ölkədə 1649 yoluxma halının aşkarlandığını açıqlayıb.
Bunlardan 1561-i laboratoriya müayinəsi nəticəsində təsdiqlənib, 88 nəfərin isə virusa yoluxduğu ehtimal olunur. Nazirlikdən bildirilib ki, virusdan 1105 nəfər ölüb, 444 nəfər müalicə alaraq sağalıb. Qeyd edək ki, "Ebola" epidemiyası 2015-ci ildən Qərbi Afrikada geniş yayılıb və əsasən üç ölkədə - Qvineya, Syerra Leone və Liberiyada rast gəlinib. Konqo Demokratik Respublikasında "Ebola" virusunun mövcud yayılması 2018-ci ilin iyul ayının sonundan başlayıb.