Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dövlət hesabına böyrək köçürülən xəstələrin sayı açıqlandı

  • 2017.12.05 15:00
  • 13032 Baxış
Dövlət hesabına böyrək köçürülən xəstələrin sayı açıqlandı
Azərbaycanda bu günə kimi 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilib.

 

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, belə xəstələrdən biri olan Qasım Ağamətov üzərində bu günlərdə transplantasiya əməliyyatı aparılıb.


Əməliyyat akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə Mircəlal Kazımi tərəfindən aparılıb.


O qeyd edib ki, həmin xəstə 15 il hemodializ olunub: "Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək-damar çatışmazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə dözümsüz olub.


Texniki çətinliyə baxmayaraq, bacısından alınan böyrək müvəffəqiyyətlə xəstəyə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. O, bundan sonra həyatına normal, sağlam insan kimi davam edəcək".