Ömrün uzunluğuna və sağlam qocalmaya mane olan təhlükəli xəstəliklər riskini azaltmaq üçün 3 addımı atmaq lazımdır.
“Medicina” xəbər verir ki, duzu kəskin azaltmaqla bunlardan xilas ola bilərsiz:
-Yüksək təzyiq, hipertoniya – duz bədəndə mayeni tutub saxlayır, ürəyi yükləyir, nəticədə təzyiq qalxır. Əgər təzyiqiniz daim 135 və yuxarıdırsa, duzu azaltmaq lazımdır. Bunun üçün yemək və süfrə duzunu adət etdiyinizdən 10-20% azaltmalısız.
- Böyrək, sidik kisə daşları, kristalları – duz çox yeyənlərin sidiyində zülal miqdarı artır, bu isə böyrək daşı xəstəliyini yaradır. Duzu hətta böyrəyi normal olanlar da azaltmalıdır.
- Beyin quruması, qocalıq demensiyası – qanda natrium nə qədər çoxdursa, koqnitiv pozulmalar və yaddaş azalması bir o qədər çox olur. Gündə 5 qramdan artıq duz qəbul edən yaşlıların 65 yaşdan sonra demensiya olması 40% artır.
Aygün