“Bu yaxınlarda Suraxanıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən “Duzlu göl”də oldum. Orada hər hansı təmir işləri aparılmır”.
Medicina.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
“Duzlu göl”ə çoxlu kanalizasiya suları axıdılır. Orada çimmək qadağan edilib. Həmin ərazinin kənarında Zığ bələdiyyəsi, icra nümayəndələri tərəfindən bərpa işləri aparılır”.