Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Düzgün yeyilmədikdə zəhərə çevrilir - Kartof və pomidoru necə yeməli?

  • 2018.07.04 13:26
  • 15078 Baxış
Düzgün yeyilmədikdə zəhərə çevrilir -  Kartof və pomidoru necə yeməli?
Təbiətin organik meyvə və tərəvəzləri insan orqanizmi üçün əvəzolunmaz vitaminə çevrilir. 

 

Medicina.az xəbər verir ki, doğru yeyilmədikdə isə faydasından yararlanmaq mümkün olmur. 

 

Çiy şəkildə böyük fayda verən pomidoru bişirənlər onu dəhşətli zəhərə çevirir. Bu dəyərli qidanı qışa təzə saxlamaq üçün 1 kq yetişmiş pomidoru yumaq,suyu qurucaq,300 q sarım – saqla birlikdə ət maşınından keçirmək,sterilizə edilmiş bankaya doldurmaq,ağzını qapaqla kip bağlamaq və sərin yerdə saxlamaq lazımdır.

 

Kartof yalnız düzgün hazırlandıqda əvəzsiz qidaya çevrilir. Qadınların əksəriyyəti kartofun qabığını soyur.İfrat təmizkarlar isə lap dərindən soyur. Halbuki kartof qabığının altındakı nazik təbəqədə orqnizm üçün çox zəruri olan mikroelementlər cəmləşib. Həm də bu mikroelementlər kartofun həzm olunması üçün yaxşı köməklik göstərirlər. Kartofu odda bişirib(külləmə)yemək çox faydalıdır. Buxarda bişirilmiş kartofu da qabıqlı yemək tövsiyə edilir.