Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Düzgün qidalanmamaq, energetik içkilər oğlumu bu hala saldı" Könül Kərimova

  • 2019.12.18 17:25
  • 19797 Baxış
"Düzgün qidalanmamaq, energetik içkilər oğlumu bu hala saldı"  Könül Kərimova


Əməkdar artist Könül Kərimova oğlu Rəşadın xəstəliyindən danışıb.

Medicina.az xəbər verir ki, müğənni "Şou ATV" verilişində övladının ürəyindən əməliyyat olmasının ondan gizlədildiyini deyib:

"Verilişdə idim, çıxanda Cabbar Musyaev zəng vurdu ki, xəstəxanaya getməliyik. Getdim, hamı məndən gizlətdi. Heç nə olmamış kimi xəstəxanada ailəm məni qarşıladı. Xəstəxanada Rəşadı danlayırdım ki, bundan sonra mənə qulaq asarsan.

Evə gəldik, oturub çay içdik. Sonra dedilər ki, bəs Rəşad əməliyyat olundu. Düzgün qidalanmamaq, siqaret, gec yatmaq, içkilər bu hala saldı".