Qadınlar, xüsusilə yay aylarında arqlamağa üstünlük verirlər. Buna səbəb isə çimərlik geyimləridir. Hər bir qadın yay ayında formada qalmaq və çimərlik geyimində gözəl görüntüyə sahib olmaq istəyir.
Medicina.az düzgün bədən quruluşuna sahib olmaq üçün çay reseptini təqdim edir:
Tərkibi:
1,5 l qaynar su
2 xörək qaşığı iri kəsilmiş təzə zəncəfil
1 desert qaşığı yarpaq yaşıl çay
2 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1 desert qaşığı xalis bal
Zövqə görə nanə yarpağı, lakin o zəncəfilin təsirini azaldır.
Hazırlanma qaydası:
Öncə zəncəfili iri doğrayın. Termosda bütün inqridiyentləri qarışdırın, üzərinə qaynar su tökün. Termosu möhkəm bağlayın və qarışdırın. 30 dəqiqə kənarda dəmlənməsi üçün saxlayın. Çay hazırdır.