Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Duza qoyulmuş kələmin sonsuz faydaları - Qəbizliyi müalicə edir, ürəyə faydalıdır

  • 2017.10.09 13:27
  • 35511 Baxış
Duza qoyulmuş kələmin sonsuz faydaları -  Qəbizliyi müalicə edir, ürəyə faydalıdır
Duza qoyulmuş kələm qədim zamanlardan bir çox milli mətbəxlərində mövcuddur.


Medicina.az xəbər verir ki, dadlı məhsul həmçinin nadir müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir.


 

Təkibində çoxlu miqdarda C vitamini, fol tirşusu, nadir xöra əleyhinə U vitamini, B qrupu, K və P vitaminləri, kalium, kalsium, alma və süd turşuları, qidalı liflər və s. var. Nəzərə almaq lazımdır ki, bütün vitaminlər duzlu kələmdə çox yaxşı saxlanılır.


Duzlu kələm probiotik və prebiotik xüsusiyyətlərə malikdir ki, bu onu bağırsaqlar üçün əsl əvəzsiz məhsul edir. Qidalı liflərlə zəngin olan kələm bağırsaqları təmizləyir, bağırsaq mikroflorasını yaxşılaşdırır, bağırsaqlarda çürümə proseslərini azaldır, bağırsaqlara çox yaxşı antiseptik təsir edir. Bütün bunlar isə birlikdə bağırsaq xərçənginin inkişafının qarşısını alır.


C vitamini ilə zəngin olan duzlu kələm immun sistemini möhkəmləndirir, soyuqdəymə və qripp xəstəliklərindən qoruyun, damarların sağlamlığına müsbət təsir edir, orqanizmi cavanlaşdırır.


Duzlu kələmdə olan fol turşusu hamiləlik zamanı ən vacib maddədir. Fol turşusu döldə inkişaf qüsurlarının qarşısını alan təsdiq olunmuş vasitədir.


Tərkibində B qrupu vitaminləri vardır ki, bu vitaminlər sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.


Kələmdə olan P vitamini və kalium ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürək əzələsinin, P vitamini isə damarların sağlamlığını qoruyur.