Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Duz, su və sirkə evi necə təmizləyir və enerjini dəyişir – Qədim metod

  • 2020.06.05 19:10
  • 18563 Baxış
Duz, su və sirkə evi necə təmizləyir və enerjini dəyişir  –  Qədim metod


Hazırkı gərgin karantin rejimi və evdə qalıb neqativ hisslər – qorxu, həyəcan, təşviş yaşamaq yaşadığımız evin, otağın, ailənin atmosferini pozur və ağırlaşdırır. Bu emosional və sağlamlıq durumumuzu daha da pisləşdirir.

Medicina.az bu ərəfədə neqativdən asan yolla xilas olmaq, təmizlənmək üçün qədim, nənələrimizin metodunu xatırladır.

Bunun üçün nə etməlisiz?

Su, sirkə və iri duz götürürsüz ( narın xörək duzu yaramır, dəniz duzu və ya iri daş duz deyilən dənəli duz)

Şüşə bankaya təmiz su alırsız. Bura bir xörək qaşığı duz və bir xörək qaşığı sirkə əlavə edib qarışdırırsız. İri duz dənələri həll olmasın, diri qalsın.

Bu sudan müxtəlif şüşə banka və ya şüşə yəni içi görünən stəkanlara töküb əsas otaq və digər otaqlara mərkəzə qoyursuz.

Amma elə etməlisiz ki, bu qaba heç kim toxunmasın, xüsusən evə gələn yad insanlar görməsin.
1 sutka qalandan sonra bu suları evdən çıxarıb, təmiz torpağa tökürsüz.

Həyət evində olanlar həyətə tökməməlidir.

Yenidən eyni qaydada su hazırlayıb, evə qoyursuz. 3 sutka davam edirsiz.

Burda heç bir fantastika, mistika yoxdur. Qədimdən sirkə, su və duz özünə elektromaqnit səviyyəsində neqativ informasiyanı toplayır.

Duz sirkə ilə birgə müsbət ionlar hasil edir, bu da evin atmosferini gözlə görünməsə də dəyişir. Bu sadəcə kimyəvi qanunauyğunluqdur.

Mütləq suyu 1 sutkaya dəyişin, yoxsa sonradan əksinə içindəki neqativi sıçrada bilər.