Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Düz bağırsaqdan selik və axıntı - Xərçəngin əlaməti ola bilər

  • 2022.09.22 12:11
  • 6442 Baxış
Düz bağırsaqdan  selik və axıntı -  Xərçəngin əlaməti ola bilər

Tualetdə bağırsaqdan gələn bu vaxta kimi görünməyən istənilən axıntıya qarşı diqqətli olmaq lazımdır.

"Medicina" xəbər verir ki, kolorektal xərçəng zamanı o digər xəstəliklərə oxşar əlamətlər verir.

Məsələn, yorğunluq, arıqlama.
Amma bir çox xəstələrin etirafına görə, onlarda anusdan fərqli, qeyri-adi maddə, axıntı, selik gəlib.
Belə selik tualetdə, alt paltarında da görünə bilər.

Digər əlamətlər nəcisdə qan, rektal qanamadır. Bunu da babasillə səhv salırlar.

Qarında spazmlar, sanki tam boşalmamış hissi də əlamətdir.


Düzdür, belə axıntı ishal, disbakterioz, virus yoluxmalarında ola bilər. Amma əgər ürəkbulanma, qan, arıqlama varsa, mütləq həkimə gedin. Simptomlar 3 həftə və daha çox davam edərsə, onkoloq baxışı mütləqdir.


Aygün Musayeva