Zərərli qidalanma, sağlam olmayan həyat tərzi, antibiotiklər, xəstəliklər səbəbindən bağırsaqlar şlaklar, zəhərli toksinlər, virus, göbələk, parazitlərlə dolur və təbii mikroflorası pozulur.
Bu metod nəhz bağırsaqları bərpa etmək üçündür.
Medicina.az xəbər verir ki, düyü ilə təmizlənmə mədə-bağırsaq üçün ən təhlükəsiz metoddur.
Düyüdə nişasta ilə dolu torvari liflər var. Məhz bu liflər bağırsaq divarında olan toksinləri özünə hopdurur və xaric edir.
Metod üçün yalnız yumru düyü yararlıdır.
3 xörək qaşığı yumru düyünü 1 litr təmiz suda gecədən səhərə kimi azı 10 saatlıq islağa qoyun.
Səhər onu bişirin, qaynara düşən kimi suyu süzün, yenə bişirin. Beləcə 4 dəfə belə edin ki, nişastası yuyulsun. Düyüyə duz, şəkər əlavə etməyin. Sonuncu dəfə süzüb səhər yeyin və ondan sonra 3 saat ərzində heç bir şey yeyib içməyin. Bu metodu 30 gün hər səhər etməlisiz. Bir kurs 1 aydır. Artıq müddət etmək olmaz. Həmin gün maye qəbulunu artırın.
Bu metod toksinlərlə yanaşı duz və mineralları da çıxara bildiyi üçün gəmin günlər kişmiş və qaysı qurusu bol yeyin, eləcə də həftədə 2 dəfə Regidrol məhlulu (aptekdən alıb) içə bilərsiz.
Çox ağır xəstə insanlar, qızdırmalı vaxt bunu etmək olmaz.