Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Düşərgədə bağırsaq infeksiyası yayıldı: 14 uşaq xəstəxanalıq oldu

  • 2024.07.25 20:20
  • 1064 Baxış
Düşərgədə bağırsaq infeksiyası yayıldı:  14 uşaq xəstəxanalıq oldu
Sankt-Peterburqdakı Rospotrebnadzor İdarəsi “Solneçnıy” uşaq sağlamlıq və təhsil düşərgəsində norovirus infeksiyası aşkarlayıb.

Medicina.az xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

Məlumata görə, iyulun 25-də 42 nəfərdə bağırsaq infeksiyası faktı qeydə alınıb. 14 uşaq xəstəxanaya aparılıb.

Rospotrebnadzor əməkdaşları düşərgə işçilərinin, xəstə uşaqların və onlarla təmasda olanların laboratoriya müayinəsini təşkil ediblər.

Qidadan və sudan nümunələr götürülüb. Düşərgə dezinfeksiya edilib.

Bildirilib ki, düşərgədə uşaq yeməklərinin təşkili, qab-qacaqların yuyulması, müntəzəm təmizlik və dezinfeksiya işlərinin aparılması qaydalarının pozulması halları aşkar edilib.


Aysel