Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Duş alarkən sidiyə getmək olmaz - Zərərləri

  • 2022.10.03 15:56
  • 2956 Baxış
Duş alarkən sidiyə getmək olmaz  - Zərərləri


İnsanlar, xüsusən uşaqlar və qadınlar isti duş altında sidik siqnalı gələndə tualetə getmədən elə duş altında sidik kisəsini boşaldır.

"Medicina" xəbər verir ki, ginekoloq Tatyana Koledova bunun zərərlərini açıqlayıb.

"Duş altında müntəzəm ayaqüstü sidik ifrazı qadın ginekoloji və sidik sistemi üçün zərərlidir.

Zamanla belə qadınlarda sidik kisəsi problemləri yaranacaq.
Qadın anatomiyası kişilərdəki kimi ayaqüstü sidik ifrazı üçün uyğun deyil.

Bu zaman kiçik çanağın əzələləri tam rahat olmur, sidik kisəsi axıra kimi boşalmır. Bu da infeksion, iltihabi proseslər yaradır.
Sidik kisəsində qalan sisik onu qıcıqlandırır.

Və yenidən onu xaric etmək üçün beyinə siqnal göndərirr.

Nəticədə sidik kisəsi zəifləyir, tonusdan düşür, sidiyi saxlaya bilmir.

Eləcə də duş altında, hamamda sidik beyində pozulma yaradır. Bundan sonra beyin istənilən su şırıltısına sidik ifrazı siqnalı verəcək.
Bu refleks formalaşdıqda, qadınların həyatı pozulacaq.

Ayaqüstü idrar sidik kisəsinin disfunksiyasına səbəb olur. Uşaqları və qadınları bundan çəkindirmək lazımdır"

Aygün Musayeva