Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Duru yağdan təkrar istifadə etməyin - Bu xəstəliklərə səbəb olur

  • 2022.10.29 09:28
  • 1711 Baxış
Duru yağdan təkrar istifadə etməyin - Bu xəstəliklərə səbəb olur
Duru yağlardan təkrar istifadə etmək orqanizmdə sağalmaz xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bildirilər ki, buna səbəb təkrar istehlak zamanı yağların tərkibində təhlükəli birləşmələrin əmələ gəlməsidir.


Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki,yağların müxtəlif şəraitdə yüksək temperaturda qızdırılması zamanı onların fiziki-kimyəvi xüsusiyyətləri dəyişir. 

Xüsusən açıq hava şəraitində bir sıra kimyəvi reaksiyalar nəticəsində yağlar degenerasiya olunur. Yağların təkrar istifadəsi təkcə onlarda hazırlanan qidalardan istifadə edənlərin deyil, eləcə də onları hazırlayanların sağlamlığına da mənfi təsir göstərir. Həmin yağlarda qızardılmış nişastalı qidaların üst hissəsində zəhərli aldehidlər yaranır və onlar gözün və tənəffüs yollarının selikli qişasına güclü qıcıqlandırıcı təsir edir.

Bundan başqa, duru yağlardan təkrar istifadə artıq çəki ilə yanaşı, ölüm riskini artıran xəstəliklərə də səbəb ola bilər. Təkrar istifadə olunmuş duru yağlar dəfələrlə emal olunduqda onların istilikdə öz tərkiblərini zədələdikləri üçün kanserogen maddələr artır. Bu, daha çox orqanizmdə mədə-bağırsaq xərçəngi, ürək-damar xəstəlikləri və bunun nəticəsində miokard infarktı, beyin infarktı və insultlar kimi xəstəliklərin yaranmasına səbəb olur.