Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyaya "Deltakron" ştammı yayılıb? - ÜST-dən cavab

  • 2022.01.10 10:20
  • 1483 Baxış
Dünyaya "Deltakron" ştammı yayılıb? -  ÜST-dən cavab

ÜST eksperti yunan alimlərinin “Omikron” və “Delta”nı birləşdirən Kovid-19 mutasiyasını kəşfi ilə bağlı iddalarına münasibət bildirib.

Medicina.az xarici KİV-ə istinadla xəbər verir ki, daha əvvəl Kipr Universitetinin biologiya elmləri professoru Leondios Kostrikis mutasiyaya “Deltakron” adını verdiklərini açıqlamışdı.

"Deltakron"un "Delta" və "Omikron" variantının birləşməsindən ibarət olduğu fikrində olan komanda, bölgədə 25 yoluxma halı müəyyən etdiklərini açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) işləyən yoluxucu xəstəliklər üzrə həkim Krutika Kuppalli yunan alimlərinin iddiasını təkzib edib:

“Deltakron real deyil”, - deyə o söyləyib.