Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın sivil ölkələrində onu yandırmırlar – Azərbaycanda ginekoloqların gəlir mənbəyi: EROZİYA

  • 2018.12.26 17:46
  • 30373 Baxış
Dünyanın sivil  ölkələrində onu yandırmırlar –  Azərbaycanda ginekoloqların gəlir mənbəyi: EROZİYA
Azərbaycanda hər 100 qadından az qala 50-də tapılan uşaqlıq boynu, yolunun eroziyası kimi xəstəlik yandırılmaqla müalicə edilir. Qadının uşaqlıq boynunda istənilən qızarma, qişada dəyişiklik, rəng ginekoloqu dərhal eroziyadan şübhələndirir və çoxu pasiyenti qorxudur: " Səndə eroziya var, gəl əvvəl müalicə edək, düzəlməsə yandırarıq”. Qadın isə gözlərini döyə-döyə qalır: axı niyə məndə bu yaranıb? Yandırmaq qorxulu deyil ki?


Medicina.az-ın araşdırmalarıa görə,  əslində dünyanın sivil ölkələrində ginekoloqun tapdığı hər simptomu müalicə etməyə gərək yoxdur. Həmçinin o ölkələrdə eroziyanın yandırılması kimi müalicə üsulu yoxdur, olsa da nadir halda tətbiq olunur. 


Eroziya məsələsi Rusiya və MDB dövlətlərinin səhiyyəsində daha dəbdədir, indiyə kimi də davam edən yanlış diaqnoz və müalicəsi ilə Avropa və Amerika həkimlərinin təəccübünə səbəb olur. 

 



Uşaqlıq boynu eroziyasına dünyada 2 halda toxunulur: əgər üzdə damarlar varsa və əlaqə zamanı qanaxma verirsə. Bu halda eroziya yandırılır. 

İkinci halda, epiteliy qatları çox soyulur və qadın ağ axıntı və selikdən şikayətlənir.


Qalan bütün hallarda eroziya aşkar olunarsa, uşaqlıq boynunun sitoloji analizi aparılır və pasiyentin bu vəziyyəti izlənilir. 


 Hamıya hər halda eroziya yandırılması təyin etmək olmaz. Bunu demək olar bütün həkimlər bilir. Amma yenə də klinikaların illik pul gəliri dövriyyəsində eroziyanın müalicəsi və yandırılmasından əldə edilən gəlirin miqdarı artır ki, artır. 


İkinci əsassız müalicə ureoplazma və mikoplazmanın müalicəsidir. Bu mikroorqanizmlər tranzitorlardır, demək olar bütün insanların cinsiyyət yollarında yaşayır. Onlar ciddi təhlükəli deyil, deyildiyi kimi, sonsuzluğa səbəb olmur. Ağırlaşmalarına da rast gəlinmir. 


Eləcə də uşaqlıq boynunda xırda səpki kimi kistləri də açıb əməliyyat etməyə meyillidirlər. Yəni harda kist gördülər, çıxardaq, təhlükəlidir mifi var. Uşaqlıq boynu kistləri xəstəlik deyil, sadəcə vəziyyətdir.


Odur ki, əgər sizdə eroziya tapıb, yandırmağı məsləhət görürlərsə, düşünün və yaxşı olar, ginekoloqunuzu dəyişib, daha modern, müasir protokollarla işləyən həkim tapın.

Dünyanın sivil  ölkələrində onu yandırmırlar –  Azərbaycanda ginekoloqların gəlir mənbəyi: EROZİYA
Dünyanın sivil  ölkələrində onu yandırmırlar –  Azərbaycanda ginekoloqların gəlir mənbəyi: EROZİYA