1907-ci ildə doğulmuş Mariya Branyas Morera Ginnesin Rekordlar kitabına dünyanın ən yaşlı sakini kimi daxil edilib.
“Medicina” xəbər verir ki, 118 yaşlı fransalı Andrenin yanvarın 17-də ölümündən sonra bu yer boş idi.
Mariya Branyans 2 dünya müharibəsi, 2 pandemiya görüb. Hazırda İspaniyada, Residència Santa María del Tura ahıllar evində yaşayır.
O, 2020-ci ildə kovidə yoluxaraq sağalmış və koronavirusdan sağalan ən uzunömürlü kimi də tibb tarixinə düşmüşdür.
Onun 3 övladı, 11 nəvə, 13 nəticəsi var.
Hazırda özünü yaxşı hiss edir.
Aygün Musayeva