Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən yaşlı insanından uzunömürlü olmağın sirri

  • 2022.04.09 16:09
  • 3688 Baxış
Dünyanın ən yaşlı insanından uzunömürlü olmağın sirri


Dünyanın ən yaşlı insanı uzunömürlü olmağın sirrini açıqlayıb.


Bakupost.az xəbər verir ki, 2019-cu ildə dünyanın ən yaşlı insanı elan edilən 119 yaşlı Keyn Tanaka şokolad və qazlı içkiləri çox sevdiyini bildirib.

Ginnesin Rekordlar Kitabının təqdimat mərasimində Keynə bir qutu şokolad verilib.

Sağlamlığı ilə diqqət çəkən qadın bu yaşa qədər gəlməyi ağlı və bədənini məşğul etməsinə borclu olduğunu vurğulayıb.

Ailəsi onun səhər saat 6-da oyanmağı, riyaziyyatla məşğul olmağı, tapmacalar həll etməyi sevdiyini deyib.

Yaponiyanın Fukuoka şəhərində yaşayan Keyn Tanaka dünyanın ən yaşlı insanı kimi qeydə alınıb. 103 yaşına qədər ailəsinin ərzaq mağazasını idarə edib.

İndi o, Fukuoka şəhərindəki qocalar evində yaşayır.

Fəridə
BakuPost