Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən yaşlı bərbəri o seçildi

  • 2025.03.15 20:49
  • 47 Baxış
Dünyanın ən yaşlı bərbəri o seçildi

Şitsui Hakoişini dünyanın Ən yaşlı qadın bərbər Ginnesin Rekordlar kitabına düşüb.


“Medicina” xəbər verir ki, Yaponiyanın Nakaqava şəhərinin 108 yaşlı sakini 1916-cı il noyabrın 10-da anadan olub.


14 yaşında ikən bərbər yanında şagird kimi işləməyə başlayıb, gecə saatlarına qədər öz sənəti ilə məşğul olub və 1936-cı ildə bərbər lisenziyasını alıb.


Üç ildən sonra qadın və əri öz salonlarını açıblar. Şitsui hələ də sevdiyi işlə məşğul olduğundan, Ginnesin Rekordlar Kitabının nümayəndələri onu dünyanın ən yaşlı qadın bərbəri kimi tanıyıb.

Düzdür, Şitsui gəncliyində olduğu kimi indi işləmir, çünki əlləri və dizləri ağrıyır. .Buna görə də rekordçu özünü ayda bir neçə dəfə yanına gələn daimi müştərilərlə məhdudlaşdırır.


Aygün Musayeva