2024-cü il BMT-nin illik məruzəsində dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb.
“Medicina” xəbər verir ki, xoşbəxt ölkə reytinqi əhalinin sosial vəziyyəti, sağlamlığı, ruhi vəziyyəti, psixikası, azadlığı və yaşayış səviyyəsi ilə ölçülür.
Bu il də son 6 ildə liderliyi qoruyan Finlandiya 1-ci yeri tutub. O, dünyanın ən xoşbəxt əhalisinin ölkəsidir.
2-ci yerdə Daniya, 3-cü yerdə İslandiya gəlir.
Rusiya 79-cu, Ukrayna 105-ci yeri tutub. Azərbaycan 101, Türkiyə 98, İran 100, Ermənistan 82, Gürcüstan 91-ci pillədədir.
Ən bədbəxt ölkələr isə Livan, Konqo, Lesoto və Əfqanıstandır.
Aygün Musayeva