2025-ci ildə ən uzun və ən qısa orucun harada tutulacağı açıqlanıb.
Medicina.az xəbər verir ki, on bir ayın sultanı Ramazan ayı başlayıb.
Hər il olduğu kimi, insanlar bu il də dünyanın ən uzun və ən qısa orucunu hansı ölkələrin tutacağı ilə maraqlanır.
Məlum olduğu kimi, oruc tutma müddətləri ölkələrin ekvatora yaxınlığına görə dəyişir.
Ramazan ayının son günü, martın 29-da İslandiyanın Reykyavik və Qrenlandiyanın Nuuk şəhərlərində ən uzun oruc 15 saat 52 dəqiqə olacaq.
Həmin gün Çilinin Punta Arenas bölgəsində ən qısa oruc 13 saat 38 dəqiqə davam edəcək.
Aygün
Medicina.az