Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən tüklü qızı

  • 2024.04.11 16:59
  • 1501 Baxış
Dünyanın ən tüklü qızı

Mütəxəssislər bu xəstəliyin milyarda bir insanda ola biləcəyini deyir...

Filippində anasının hamilə ikən vəhşi pişik yediyini iddia etməsindən sonra milyardda bir tibbi anomaliya səbəbiylə dünyaya gələn körpə dünyanın ən tüklü körpəsi adını qazanıb.


Bakupost.az xəbər verir ki, ölkənin Apayao şəhərində yaşayan Jaren Qamonqan adlı oğlanın üzü və bədəni də tüklüdür. Uşağın anası Alma Qamonqana hamilə ikən etdiyi səhvə görə övladının bu cür doğulduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.


Müayinə zamanı həkimlər bildirib ki, uşaq hipertikroz adlı xəstəliklə doğulub. Nadir sindrom olan bu xəstəlik dünyada yalnız 50-100 adamda aşkar edilib.
Bu isə milyarda bir insan deməkdir. Həkimlər uşağın anasına bunun hamiləykən vəhşi pişik yeməsiylə əlaqəsi olmadığını bildiriblər.


Qadın isə gələcəkdə uşağının məktəbə necə gedəcəyindən narahatdır. O, düşünür ki, övladı bu görünüşünə görə ətrafdakılar tərəfindən təzyiqə məruz qalacaq.


Vasif
BakuPost