Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən ölümcül VİRUSLARI

  • 2023.09.07 17:57
  • 1349 Baxış
Dünyanın  ən ölümcül VİRUSLARI

Dünyada ən ölümcül virusların siyahısı açıqlanıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsindən məlumat verilib.

“Ən təhlükəli viruslar siyahısında ilk növbədə HİV dayanır. İmmunitet sisteminin hüceyrələrinə hücum edir. Hazırda bu virusun çox baha başa gələn iki müalicəsi var. Və indiyədək onlarla cəhdə baxmayaraq, ona qarşı peyvənd hazırlamaq mümkün olmayıb. Çünki o, immun reaksiyadan yayınır” məlumatda vurğulanıb.


İkinci yerdə "Denge" qızdırması virusudur. Buna qarşı peyvənd hələ hazırlanmayıb, lakin hazırda sınaqdan keçirilən namizəd dərmanlar çox yaxşı qoruyucu effekt verir:

“Denq qızdırması bütün dünyada bir neçə onilliklər əvvəl yayılmağa başlayıb. Ağcaqanadlar "Aedes aegypti" və "Aedes albipictus" (pələng ağcaqanadları adlanır) tropik və subtropik ölkələrdə yayılmağa və bu infeksiyanı yaymağa davam edir. Əvvəllər yalnız tropik qurşağın məhdud ərazilərində rast gəlinirdisə, indi bütün tropik qurşağında və subtropiklərin əksəriyyətində yayılıb. Əslində isə dünyada hər il 40 milyona qədər yoluxma halı aşkarlanır”.

Üçüncü yerdə bütün virus hepatitləri, dördüncü yerdə isə "SARS-CoV2"dir.

“ABŞ-da 2020-ci ildə ürək-damar xəstəlikləri, xərçəng, qəzalar və bədbəxt hadisələrdən sonra dördüncü aparıcı ölüm səbəbi idi".