Bəzən qəribə xəstəliklərlə qarşılaşdığımızda öz sağlamlığımıza şükür edirik. Çünki, dünyada elə nadir nadir xəstəliklər var ki, onlar insanı öldürmür, lakin bütün həyatı boyu süründürür.
Medicina.Az dünyadakı ən qəribə və maraqlı xəstəliklərdən bəziləri haqqında məlumatı təqdim edir:
Elephantiasis (Fil xəstəliyi)
Bu xəstəlik adətən tropik iqlimdə yaşayan insanlarda müşahidə olunur. Əsasən moskit parazitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və onlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədələyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baŞ verir. Hipertrofiyaya uğramıŞ ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır.
Ağac adam xəstəliyi
Dünyanın ən nadir xəstəliklərindən biri olan ağac xəstəliyi bir növ dəri xəstəliyidir. İnsanlarda ziyil kimi quruluşların meydana gəlməsinə səbəb olan isə insan papilloma (HPV) virusudur . Nadir xəstəlik zamanı bu ziyillər tədricən ağac kökü kimi forma almağa başlayır. Əllər və ayaqlardakı bu kötüklər o qədər böyüyür ki, bir müddət sonra onları istifadə etmək istifadə olmur. Xəstəliyin kökündə genetik pozğunluq dayansa da, yuxarıda adı çəkilən virus da əsas səbəb sayılır.
Progeriya (erkən yaşlanma xəstəliyi)
Xalq arasında vaxtından əvvəl qocalma kimi tanınan bu xəstəlik bir növ genetik xəstəlikdir. 8 milyon insandan 1-də görülən xəstəlik DNT quruluşundakı telomere zəncirinin qısalması ilə əlaqədardır. Bu xəstəlik zamanı saçın hamısı və ya bir hissəsi tökülməyə başlayır və keçəl dəridə damarlar qabarıq dərəcədə nəzərə çarpır. Xəstəliyə tutulan uşaqların üz ifadələri heç vaxt uşağa bənzəmir və 70-80 yaşlı insanı xatırladır. Çənə və diş quruluşu az inkişaf etdiyindən dişlərdə çürük meydana gəlir. Lakin xəstələrdə zehni gerilik və ya danışmaqda çətinlik müşahidə edilmir. Onlarda xarici böyümə hormonları olsa da, ümumiyyətlə işə yaramır və xəstə cinsi inkişafını tamamlaya bilmir. Bu xəstəlik olan uşaqların ortalama ömrü 12-13 ildir.
Bubble ( xəstəliyi)
Dünyada sadəcə bir neçə şəxsdə rastlanan bu xəstəlik bir növ dəri xəstəliyidir. Xəstəlik zamanı dəridə meydana gələn şişlər o qədər sıxlaşır ki, bir müddət sonra dəri səthi görünməz olur. Bu şişləri cərrahi yolla kəsib götürmək mümkün olsa da, onlar yenidən inkişaf edə bilir. Bu səbəbdən xəstəliyi yox edən müalicə üsulu hələ də tapılmayıb.
Akromegaliya (Böyümə Xəstəliyi)
Böyümə xəstəliyi olaraq da bilinən akromegaliya səbəb beynin hipofiz bezinin daha çox böyümə hormonu ifraz etməsidir. Xəstəlik zamanı saç telləri qalınlaşır, dişlər arasındakı məsafə və çənə böyüyür, dodaqların qalınlaşması, kəllə sümüyünün arxa hissəsinin xaricə doğru genişlənməsi müşahidə olunur.
Sirenomelia (Su pərisi ) xəstəliyi
Dünyada nadir görülən xəstəlik zamanı uşaqlar ayaqları yapışıq formada dünyaya gəlirlər. Bu görünüşləri ilə su pərilərinə oxşadıqları üçün xəstəlik belə adlanır. Bu cür körpələrin ayaqları cərrahiyyə əməliyyatı ilə ayrılsa da, böyrək və ifrazat sistemi yetərincə inkişaf etmədiyi üçün uzun müddət yaşamaları çətindir. Bundan əlavə, belə uşaqların cinsiyyət orqanları da içəridə qalaraq görünmür.