Dünyanın ən ağır çəkili qadını Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabi xəstəxanaların birində vəfat edib.
Medicina.az xəbər verir ki, çəkisi 500 kiloqramadək çatan misirli İman Əhməd Abdulatti Əbu-Dabidə çəkisini azaltmaq üçün əməliyyatlar keçirib.
Bundan əvvəl isə o, Hindistanın Mumbay şəhərində müalicə alırmış.
Lakin Əbu-Dabi xəstəxanasında o, 200 kiloqrama yaxın çəki itirsə də, yaxınları müalicə üsullarına etibar etmədiklərini bildiriblərmiş.
Qadının ölüm səbəbi kimi isə bağırsaq keçilməzliyi və böyrək çatışmazlığı göstərilib.