Rusiyada Anna Çapman adı olduqca populyardır. Bir neçə il əvvəl "Qızıl agent” ləqəbli 37 yaşlı qadının 2010-cu ilə kimi Rusiya kəşfiyyat xidməti üçün işlədiyi ortaya çıxmışdı.
ABŞ və Rusiya arasında 2011-ci ildə yaşanan cəsus qalmaqalının nəticəsində A.Çapman FBİ tərəfindən həbs olundu, uzun sürən danışıqlardan sonra isə ölkəsinə göndərildi.
A.Çapman hazırda Rusiyanın Ren-TV kanalınmda "Dünyanın sirləri" adlı proqramda aparıcılıq edir. O, 20 illik sirrini verilişdə açıqlayıb.
Cazibadar aparıcı formasını 20 illik davamlı yoqaya borclu olduğunu deyib. Çapman deyib ki, gizlilik həyatının ən vacib məsələsidir: "Kariyeram bitdikdən sonra yoqaya qərar verdim, axtardığım hərşeyi yoqada tapdım”.
Qeyd edək ki, "Qızıl Agent” Chapmanın 4 yaşında bir övladı var. Keçmiş casus hazırda Moskvada bir moda evinə rəhbərlik edir.