Araşdırmaya görə, yuxu müddəti coğrafi mövqeyə, mədəni vərdişlərə və gün batımına görə dəyişir...
Xüsusilə Avropa ölkələri erkən yatmaq və keyfiyyətli yuxu baxımından üstünlüklü görünür.
Digər tərəfdən, bəzi ölkələrdə gec yatmaq vərdişləri və qısa yuxu müddəti diqqət çəkir.
Medicina.az xəbər verir ki, araşdırmada ölkələrin orta yuxu vaxtı, oyanma vaxtı və ümumi yataqda qalma müddəti nəzərə alınıb.
ƏN ÇOX YATAN ÖLKƏLƏR
- Yeni Zelandiya – 447 dəqiqə (təxminən 7 saat 27 dəqiqə)
- Avstraliya – 440 dəqiqə
- İsveç – 435 dəqiqə
- Danimarka – 434 dəqiqə
- Kanada – 431 dəqiqə
ƏN AZ YATAN ÖLKƏLƏR
- Yaponiya – 352 dəqiqə (təxminən 5 saat 52 dəqiqə)
- Səudiyyə Ərəbistanı – 362 dəqiqə
- Filippin - 368 dəqiqə
- Tayvan – 381 dəqiqə
- Honq Konq – 399 dəqiqə
YUXU MÜDDƏTİNƏ NƏ TƏSİR EDİR?
Alimlər müxtəlif ölkələrdə yuxu müddətinin dəyişməsində qürub vaxtlarının, iş və həyat tempinin, mədəni vərdişlərin və texnoloji istifadənin böyük rol oynadığını bildirirlər.
Xüsusilə gecə saatlarına qədər aktiv olan şəhərlər və texnologiya asılılığı yuxu vaxtına mənfi təsir edə bilər.
Eyni zamanda, araşdırmalar gün işığının daha çox olduğu ölkələrdə yuxu müddətinin daha uzun olduğunu göstərib.
EKSPERTLƏRİN TÖVSİYƏLƏRİ
- Daimi yuxu vaxtı yaradın.
- Yatmazdan əvvəl ekran vaxtını azaldın.
- Kofein və ağır qidalardan uzaq durun.
- Rahatlaşdırıcı yuxu mühiti yaradın.
Aygün
Medicina.az