Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın ən böyük üz transplantasiyası - Tam yanmış üz belə bərpa olundu

  • 2017.11.01 11:27
  • 18523 Baxış
Dünyanın ən böyük üz transplantasiyası -  Tam yanmış üz belə bərpa olundu
Dünyada ən böyük üz transplantasiyası əməliyyatından 2 il ötür.


Medicina.az xəbər verir ki, bu hadisə tibb aləmində böyük əks səda doğurmaqla yanaşı, tarixə də düşüb.


Olay 2015-ci ildə baş verib. Sözügedən ildə yanğınsöndürən Patrik Hardsonun üzü yanğın zamanı ciddi yanıq xəsarəti alır. 6 aylıq sarğı açılandan sonra gənc kişi güzgüdə qaşı, gözünün üstü, dodağı, burnunun yarısı, qulaqları olmayan bir sima görür. Həmin vaxtdan normal görüntü almaq üçün 55 əməliyyat keçirən Patrikin vəziyyəti get-gedə daha da pisləşirdi. O, ağrıkəsicilərlə yaşayır, küçəyə çıxmır, güzgüyə baxmır, ölmək istəyirdi. Nəhayət cərrah Rodriges ona yeni üz köçürəcəyini bildirir. Üz transplantasiyası üçün uyğun donor tapılır. 26 yaşlı Devidin üzü ölümündən sonra Patrikə köçürülür. 


27 saat davam edən əməliyyatda xəstəyə yeni dəri, qulaqlar, dodaq, burun da köçürülür. Əməliyyat uğurla başa çatır. 80 nəfərlik heyətlə həyata keçirilən əməliyyat tibb tarixində ən böyük uz transplantasiyası kimi qalıb.  


Köçürülən dəri və orqanlar vaxt keçdikdə yerinə uyğunlaşır. Tezliklə pasiyent dodaqlarını tərpətməyə, gözlərini qırpmağa başlayır. 


İndi Hardson yeni üzü ilə küçəyə çıxmaqdan çəkinmir, mağazaya gedir, artıq heç kim ona qorxaraq baxmır, əli ilə göstərmir. İndi o ikinci əməliyyata hazırlaşır ki, üzündə bəzi düzəlişlər olunsun. 

Dünyanın ən böyük üz transplantasiyası -  Tam yanmış üz belə bərpa olundu