ABŞ-ın Bluebird bio şirkəti dərman qiyməti üzrə rekordu yeniləyib.
"Medicina" xəbər verir ki, serebral adrenoleykodistrofiya xəstələri üçün hazırlammış Skaysona preparatı SMA xəstələri üçün olan dərmandan da baha başa gəlib.
Onun qiyməti 3 milyon dollardır.
ABŞ-da hər il 5 belə diaqnozlu uşaq dünyaya gəlir.
Bu, beynin nadir genetik nevroloji xəstəliyidir. Daha çox oğlan uşaqlarından doğumdan 2 yaşa kimi görünür, 5 yaşa qədər ölümə səbəb olur.
Şirkət hər il 4-16 yaş arası uşaqların müalicəsi üçün məhdud sayda bu preparatı istehsal edəcəyini bildirib.
FDA hələ də preparatın təhlükəsizliyi ilə bağlı narahat olsa da alternativ müalicə olmadığı üçün iynənin gələn ildən uşaq nevroloji xəstəxanalarına çatdırılmasına icazə verib.
Aygün Musayeva