Cənub- Şərqi Asiyanın Kerala, Qərbi Benqal, Karnataka, Maharastra sahillərində yetişən Juckfruitin vətəni Hindistan yarmadası və İndoneziya sayılır. Əncir və tutkimilər sinfinə daxil olan bu qeyri-adi meyvə yağışlı və rütubətli meşələrdə öz-özünə yetişir.
Hündürlüyü 15 metr, diametri isə 1.20 metrə qədər çata bilİr. Bu xüsusiyyətinə görə dünyanın ağacda böyüyən ən böyük meyvəsi adıyla Təbiət elmləri ədəbiyyatına daxil edilmişdir.
100 qramı 95 kaloridir, ləti və yağı boldur, çəkisi 50 kq-dır. Ömrü isə nə az, nə çox 100 ildir. Dadı ananas, banan, manqo meyvələrinin qarışımını xatırladan Jackfruit daxilində kiçik hissələrə ayrılır və dünya bazarına bu şəkildə çıxarılır. Yeməklərə və salatlara qatılır. Eyni zamanda dərman hazırlanmasında da geniş şəkildə istifadə edilir.
Medicina.az bu maraqlı meyvənin orqanizmə faydalarını təqdim edir
- Vitamin, dəmir, fol turşusu və kalium mənbəyidir, xərçəng xəstəliyindən göz xəstəliklərinə qədər müalicə edici xassələrə malikdir
- C, B və B6 vitaminləri ilə zəngindir, bədəni gümrah saxlayır
- Tərkibindəki kalium ürək döyüntüsünü nizamlayır və qan təzyiqini nəzarətdə saxlayır
- Xərçəng hüceyrələrinə qarşı mühafizəedici , eyni zamanda xəstə hüceyrələri müalicə edici xassəyə malikdir
- Böyrəkləri təmizləyir, həzmi asanlaşdırır və bağırsağın funksiyasını nizamlayır
- Liflə zəngindir, qəbzliyi aradan qaldırır
- Kökündən əldə edilən ekstraktlar qızdırma, dəri və astma xəstəliklərinə qarşı istifadə edilir
- Səs tellərini qüvvətləndirir və yumşaldır
- A vitamini ilə zəngin oduğu üçün görmə xəstəliklərinin müalicəsində effektiv vasitə sayılır
- Antioksidantlarla zəngindir, immun sistemini gücləndirir və zərərli maddələrin xaric edilməsinə kömək edir
- Uşaqlarda sümüklərin inkişaf qabiliyyətini artırır
- Tərkibində şəkər olmasına baxmayaraq çəki atmaq üçün faydalıdır
- Dərini təravətləndirir, saçlara həcm verir