Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanın 50-dən çox ölkəsində kovidə yoluxma Yüksəlir

  • 2022.05.11 15:22
  • 1755 Baxış
Dünyanın 50-dən çox ölkəsində kovidə yoluxma   Yüksəlir

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım “omikron” ştammının alt növlərindən qaynaqlanır.

Bu barədə çərşənbə axşamı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir”, - deyə ÜST rəhbəri bəyan edib.

O, vurğulayıb ki, qlobal miqyasda dominant “omikron” variantının BA.2 alt növüdür. Eyni zamanda, yoluxmanın artmasında BA.4 və BA.5 alt növlərinin də rolu var.