Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyanı cənginə alan demensiyadan - qorunma yolları

  • 2023.04.20 16:07
  • 2272 Baxış
Dünyanı cənginə alan  demensiyadan   - qorunma yolları
Avstraliyalı elm adamları demansdan qoruya biləcək təsirli qida əlavəsi açıqlayıblar. Tədqiqatçılar hansı mikroelementin sinir sistemini xüsusilə sevdiyini müəyyən ediblər.

“Medicina” xəbər verir ki, Avstraliya Milli Universitetinin (ANU) Neyroimaging və Beyin Tədqiqat Laboratoriyasından bir qrup alim hansı mikroelementin beyinə və bütövlükdə sinir sisteminə daha çox faydalı təsir göstərdiyini öyrənmək qərarına gəlib.

Araşdırmada 40-73 yaş arasında olan 6 min insan iştirak edib. Alimlər onların həyat tərzini, yemək vərdişlərini, tibbi məlumatlarını araşdırıb.

Mütəxəssislər belə qənaətə gəliblər ki, maqnezium qəbul edən insanlar (həm əlavələrdə, həm də onunla zəngin qidalarda) müxtəlif yaddaş problemlərindən daha az əziyyət çəkirlər.

Tətqiqatın aparıcı müəllifi Havla Alatikin sözlərinə görə, maqnezium qəbulunda 41% artım beyin ölçüsünün daha az kiçilməsinə səbəb ola bilər ki, bu da demensiya riskinin azalması və ya gecikməsi ilə əlaqələndirilir.

Alimlər dünyada demensiya diaqnozu qoyulan insanların sayının artacağını proqnozlaşdırırlar. Belə ki, 2019-cu ildə 57,4 milyon qocalıq demensiyası hadisəsi qeydə alınıbsa, 2050-ci ilə qədər 152,8 milyon insan bundan əziyyət çəkəcək.

Tədqiqatın həmmüəllifi Dr.Erin Uolş bildirir ki, hələ demensiyanın müalicəsi olmadığı üçün profilaktikaya daha çox diqqət yetirmək təklif olunur.

Belə ki, maqneziumun neyroprotektiv təsirləri kişilərə nisbətən qadınlara daha çox fayda verir. Xüsusən menopauza dövründə maqnezium 2 qat lazımdır.

Aynurə Məmmədova