Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Dünyanın heç bir yerində özbaşına dərman qəbul etmirlər, yalnız bizdə..." - Adil Qeybulla

  • 2020.02.19 12:43
  • 3452 Baxış
"Dünyanın heç bir yerində özbaşına dərman qəbul etmirlər, yalnız bizdə..." -  Adil Qeybulla
Adil Qeybulla: “Bu vitaminin aşağı olması immun sistemini zəiflədir, bütün xəstəliklərin meydana çıxması üçün şərait yaradır”

- Dərdin nədir?

- D vitaminim çatmır.

İndi insanlar arasında ən çox soruşulan sual və verilən cavablardan biri budur. Məsələ ondadır ki, apteklərdə D vitamini tərkibli dərmanlar da xeyli artıb. Nə baş verir?

Medicina.az xəbər verir ki, Ayna-nın bu yöndə sullarını professor, onkoloq alim Adil Qeybulla cavablandırıb.

- Doktor, son vaxtlar pasiyentlərə “D vitamini çatışmazlığı” diaqnozu tez-tez qoyulur Bu, zamanın yeni xəstəliyidirmi?

- Bu yaxınlarda Bakıda Türkiyədən gələn həkimlərin iştirakı ilə konfrans keçirildi. Elə orada da D vitamini çatışmazlığı, yaxud onun çox qəbul edilməsi, Günəş şüalarından qorunma, dəri xərçəngi kimi mövzular vardı. D vitamini Günəşdən alınır, amma bəzən insanlar bunu səhv anlayırlar. Çox Günəş altında qalmaq dəri xərçənginə gətirib çıxarır. D vitaminini necə və hansı formada qəbul etmək qaydaları var. Əslində son illərin yayılmış bir problemidir. Bütün dünyada bu problem mövcuddur. Bizdə də belə diaqnozların qoyulması normaldır. Bəzən dərman bazarında bu qrupdan olan vitaminlərin çoxluğundan narazılıq olur. Amma bunu dərman bazarının fırıldağı kimi dəyərləndirmək lazım deyil.

- Bəs D vitamini müayinəsi niyə bu qədər geniş yayılıb?

- D vitaminin müayinə edilməsi, son vaxtlar bu barədə danışılması Qərbin tibbi protokollarından qaynaqlanır. Misal üçün, Almaniyada həkimə müraciət edəndə müayinəyə ilk növbədə orqanizmdə D vitamininin yetərli olub-olmaması analiz olunur. Biz də öz sahəmizdə onkoloji xəstələrdə bu məqamı nəzərədə saxlamağa çalışırıq.

- İnsanlar D vitaminini təbii şəkildə Günəşdən alırlar. Dünyada qlobal istiləşmənin getdiyi bir vaxtda, D də çoxalmaldır. Bəs insanlar bu təbii ehtiyacı niyə dərman şəklində qəbul etməli olurlar?

- Bunu belə izah etmək olar: İnsanın növ kimi dəyişməsi əsas səbəbdir. Zaman keçir, iqlim təlatümləri baş verir. Bu proses davam edir, getdikcə ekoloji problemlər artır, bu da insanların orqanizminə təsirsiz olmur. Biz 19-cu əsr insanının qan təhlillərinə, müayinə cavablarına baxanda normativlərdəki böyük fərqi görürük. Qabaqlar ənənəvi D vitamininin bu qədər kritik aşağı olması halları çox olmayıb. Demək ki, bu da zamanın yeni xəstəliklərindən biridir.

- Bəzən həkimlər pasiyentlərə D terapiyaya cəlb olunmazsa, ağır fəsadların olacağı barədə xəbərdarlıq edirlər. D orqanizmdə azalırsa, nə baş verir?

- D vitaminin aşağı olması immun sistemini zəiflədir, bütün xəstəliklərin yaranması üçün şərait olur, orqanizmin gücü immunitetdən asılı olduğundan, insanın əhvalına da təsir edir, əmək qabiliyyəti aşağı düşür, halsızlıq, xroniki yorğunluq olur. Hətta D vitamini çatışmazlığı orqanizmdə xərçəngə qarşı müqaviməti də heçə endirir. İnsanın orqanizmində bu vitamini bərpa etməsi mütləqdir, çünki müalicədən sonra pasiyentlərin sağlamlığında xeyrini görürük.

- Bəzən insanlar özbaşına D vitaminini dərman şəkilində alıb qəbul edirlər. Bu, doğrudurmu?

- Dünyanan heç bir yerində özbaşına dərman qəbul etmək praktikası yoxdur. Yalnız bizdə olur. Avropanın özündə də bütün dərmanlar aptektlərdə reseptlə satılır, yalnız “Aspirin”, “Parasetamol” kimi dərmanları marketlərdən almaq olar. Bizdə də vitamin olsa belə, həkim rəyi və tövsiyəsi ilə almaq lazımdır.

- Dərman bazarında 4 manatdan başlayaraq 40 manatadək D vitamini tərkibli dərmanlar var. Bu qiymət fərqləri ilə olan dərmanlar keyfiyyətinə görə fərqlənir?

- Bəli. Çox dərmanda olduğu kimi belə qiymət fərqləri var. Bu, istehsalçı dərman firmasından asılıdır. Avropa firmaları daha keyfiyyətli və daha yüksək şəkildə rəfinə edilmiş dərmanlar istehsal edir. Orada işçinin də maaşı yüksək olur. Amma bir qədər ucuz olan dərmaların əmtəə formasından, qablaşdırmasından da keyfiyyətini bilmək olur. Avropanın hansısa ölkəsi ilə Hindistan dərman şirkətinin eyni dərmanını bir yerə qoymaq doğru deyil. Bu, vitamin olsa belə, keyfiyyətcə fərqlənir.