Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünyamız məhv olma astanasındadır - Sadhquru

  • 2024.11.13 17:03
  • 718 Baxış
Dünyamız məhv olma astanasındadır   - Sadhquru

"Dünyanın ən böyük problemi onun məhv olma astanasında olmasıdır".


"Medicina" xəbər verir ki, o, qida ehtiyatları artırılmalı, təbii materiallardan daha çox istifadə edilməsini zəruri hesab edib.


"Hər şeyi inkişaf etdirməyə çalışdığımız dönəmdə planetimizin qeydinə qalmağı unutduq. Bizim yeniliklərə ehtiyacımız var, amma ana təbiətin gözəlliklərini də qoruyub saxlamalıyıq. İqlim dəyişikliyinə ayrılan diqqət və qayğı problemin həlli istiqamətində ən böyük addımlardan biridir.

Ən modern texnologiyan olsa da, onu istifadə edə biləcək yararlı planetin yoxdursa, sən artıq məğlub olmuş sayılırsan. Son 25-30 ildə milli dəyərlərimiz dəyişib və bununla mübarizə aparmaq məcburiyyətində qalmışıq. Bu gedişlə 50-60 il sonraya baxsaq, gələcək nəsillər üçün təbiətdən heç nə qalmayacaq. Dəhşətli səslənir. Dünyanın yaşıllıqları və mühafizəsi neftdən və onu əldə etmək üçün sərf edilən səylərdən daha önəmlidir".